Con Kerridən İsrailə sərt xəbərdarlıq - İrana görə
Bizi izləyin

Dünya

Con Kerridən İsrailə sərt xəbərdarlıq - İrana görə

ABŞ-ın xarici işlər naziri Con Kerri İsrailin İranın nüvə proqramı razılaşmasına qarşı hərbi fəaliyyət planının olmasına görə yəhudi dövlətinin rəhbərliyinə sərt xəbərdarlıq edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Con Kerri bəyan edib ki, əgər indiki halda İsrail İrana qarşı hər hansı həmlə edərsə, bu çox böyük səhv olacaq.

Onun sözlərinə görə, İsrailin İranla razılaşma ərəfəsində hər hansı neqativ hərəkəti həm bu ölkə, həm də region üçün böyük təhlükədir: “Düşünürəm ki, İsrailin bu cür addım atmaq planları yersiz və yolverilməzdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm