İŞİD-in gizli planı: 120 canlı bomba
Bizi izləyin

Dünya

İŞİD-in gizli planı: 120 canlı bomba

İŞİD 120 canlı bombanı müxtəlif ölkələrə göndərib.

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin TGRT Haber saytı çıxış edib.

Əldə olunan məlumata görə, İraqın Kərkük və Tikrit, Suriyanın Kobani, Haseke və Hələb şəhərlərində ağır məğlubiyyətə uğrayan təşkilat motivasiyanı qaldırmaq üçün qanlı plan cızıb.

Sayt bildirir ki, təşkilat 700 canlı bomba təyin edərək onları ABŞ, Kanada, Avropa Birliyi ölkələri, Rusiya və Türkiyə kimi ölkələrə göndərməyə hazırlaşır. Artıq 120 nəfər göndərilib. Yerdə qalanların isə bu ilin sonunadək göndəriləcəyi planlaşırılır.

Bu çərçivədə təyin olunan hədəf ölkələrdə “yatan hüceyrələr” adlandırılan İŞİD üzvlərinin hərəkətə keçəcəyi də gözləntilər sırasındadır.

İraq hərbi qaynaqları mərkəzi Mosulda yerləşən koordinasiya qrupunun başında 3-ü çeçen olmaqla 9 nəfərin canlı bomba və “yatan hüceyrələr”lə ünsiyyət kanalları qurduğunu təsdiq edib.

Qaynaqlar terrorçuların maddi ehtiyacları üçün Bağdad, Amman və Küveyt üzərindən fərqli valyuta büroları vasitəsilə pul transferlərini reallaşdırdığını, lakin bunu izləməyin qeyri-mümkün olduğunu bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm