• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Birinci xanım yaralı qıza ilkin tibbi yardım göstərdi

  • Dünya
  • 24 İyul 2015 23:49
  • 533 Baxış
Birinci xanım yaralı qıza ilkin tibbi yardım göstərdi

Norveç kraliçası Sonya rəfiqələri ilə qayıqda gəzintidə xəsarət alan qıza ilk tibbi yardım göstərib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 3 qız qayıqda gəzintiyə çıxarkən qəfildən motor dayanıb. Qızlardan biri motoru düzəltməyə çalışsa da, ayağını yaralayıb. Rəfiqələri qızın qanaxmasını saxlaya bilmədiyi üçün qayığı çətinliklə də olsa sahilə tərəf istiqamətləndiriblər.

Yerli televiziyanın yaydığı məlumata görə, qızların qayığı gəzintiyə çıxməş kraliçanın qayığı ilə rastlaşıb. Kraliça yaralı qızı görərək ona ilk tibbi yardım göstərib.

Verilən məlumata görə, sahilə çatdırılan qız dərhal xəstəxanaya aparılıb və onun həyatı üçün heç bir təhlükə yoxdur.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR