• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Kommunistlərin seçkidə iştirakı qadağan olundu

  • Dünya
  • 25 İyul 2015 04:15
  • 290 Baxış
Kommunistlərin seçkidə iştirakı qadağan olundu

Ukraynanın ədliyyə nazirliyi kommunistlərin qarşıdan gələn yerli seçkilərdə iştirakını qadağa qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nazir Pavel Petrenko üç kommunist partiyasının oktyabr seçkilərinə buraxılmayacağını bildirib. O həmçinin bu partiyaların qadağan olunması ilə bağlı iddia qaldırılacağını bildirib.

Əvvəllər Ukraynada nüfuzlu qüvvələrdən olan Kommunist partiyası 2012-ci ildə keçirilən parlament seçkisində 13 faiz səs toplamışdı.

Amma partiya devrilmiş prezident Viktor Yanukoviçi dəstəklədiyinə görə reytinqi düşüb. 2014-cü ildə Ukraynada keçirilən seçkilərdə kommunistlər 4 faizdən də az səs topladı.

Ukraynada keçmiş Sovet simvolları və kommunist ideologiyasının təbliğini qadağan edən bir neçə qanun qəbul edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR