İran SWIFT sisteminə qoşulmaq istəyir
Bizi izləyin

Dünya

İran SWIFT sisteminə qoşulmaq istəyir

İran sanksiyaların ləğvindən sonra yenidən beynəlxalq ödəniş sisteminə (SWIFT) qoşulmaq istəyir.

Publika.az-ın məlumatına görə, İranın sənaye naziri Məhamməd Reza Nemətzadə iyulun 24-də Vyanada keçirilən biznes konfransında bildirib ki, xarici banklar sanksiyalardan sonra İran bankları ilə əlaqəni bərpa edə bilərlər.

İyulun 14-də Vyanada İranla 6 dünya ölkəsi arasında əldə edilmiş nüvə sazişində Tehranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Nemətzadə həmçinin qeyd edib ki, xarici şirkətlər sanksiyaların ləğvindən sonra İran dövlət şirkətlərinin özəlləşdirilməsində də iştirak edə biləcəklər.

Amma o “İran Milli Neft Şirkəti”nin satılmayacağını və vacib sənaye sahələrində hökumətin 20 faizədək payı olacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm