Talibanla dialoqun 2-ci mərhələsi başlayır
Bizi izləyin

Dünya

Talibanla dialoqun 2-ci mərhələsi başlayır

İyulun 30-da Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqların ikinci mərhələsinə start veriləcək.

Kabil Ali Sülh Şurasının rəsmisi Mohammad İsmail Qasimyar bildirib ki, tərəflər hazırda görüşün yeri də daxil olmaqla danışıqların detallarını müzakirə edirlər. Onun sözlərinə görə, görüş Çində keçirilə bilər.

Qaimyar bildirib ki, Kabil Talibanı atəşi müvəqqəti dayandırmağa çağıracaq.

"Biz atəşkəsə hazırıq və bu talibançılarında buna hazır olması üçün yaxşı sınaq olacaq", Qaimyar əlavə edib.

Danışıqların birinci mərhələsi ABŞ və Çin rəsmilərinin vasitəçiliyi ilə iyulun 7-də Pakistanın paytaxtı İslamabadda olub. Əfqanıstan prezidenti Əşrəf Qəni Talibanla sülh prosesinin hökumətin qarşısında duran əsas məsələ olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm