Pentaqon təsdiqlədi: lider öldürülüb
Bizi izləyin

Dünya

Pentaqon təsdiqlədi: lider öldürülüb

Bu ayın əvvəlində Əfqanıstanın cənub-şərq bölgəsində keçirilən hava əməliyyatları zamanı Əl-Qaidənin yüksək rütbəli komandiri öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar ordusunun iyulun 24-də yaydığı bəyanatında bildirilir. Pentaqonun bəyanatda deyilir ki, Əbu Xəlil Əl-Sudani iyulun 11-i Pakistanla sərhəd yaxınlığındakı Paktika vilayətində öldürülüb. Bəyanatda eləcə də deyilir ki, sünni yaraqlı qrupa başçılıq edən Əl-Sudaninin Birləşmiş Ştatlar, Əfqanıstan və Pakistan hərbi qüvvələrinə qarşı hücumlarda, intiharçı hücumlarında və bomba əməliyyatlarında əli olub.

Əl-Sudaninin əməliyyat zamanı öldürülən üç ekstremistdən biri olduğu deyilsə də, digər iki nəfərin adı açıqlanmayıb.

Qeyd edək ki, Birləşmiş Ştatların son aylar keçirdiyi hava əməliyyatları zamanı Əl-Qaidənin bir neçə yüksək rütbəli rəsmisi öldürülüb ki, onların arasında qrupun Yəmən bölməsinin lideri Nasir Əl-Vuayşi də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm