PKK 15 fəhləni girov götürdü – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

PKK 15 fəhləni girov götürdü – SON DƏQİQƏ

Dünən İstanbulda polis məmuru olan Vedat Kaya ailəsi ilə birgə Mardindən Muşa gedərkən Diyarbəkir-Bingöl yolunda PKK-çılar tərəfindən girov götürülüb. Polisin həyat yoldaşı və uşağı sərbəst buraxılıb.

Publika.az xəbər verir ki, PKK Ərzurumda təcili tibbi yardım maşını və 3 səhiyyə işçisini qaçırıb. Qaçırılan səhiyyə işçiləri bu gün səhər sərbəst buraxılıb. Bunun ardınca Diyarbəkirin Bisimli bölgəsində polis idarəsinin binasına silahlı hücum olub.

Bu gün səhər saatlarında isə Şırnakın Silop bölgəsində 15 fəhlə PKK tərəfindən qaçırılıb. Fəhlələrin xilası üçün hazırda əməliyyat başlayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm