Öcalanın sağ qolu öldürüldü – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Öcalanın sağ qolu öldürüldü – ŞOK İDDİA

1999-cu ildə Abdullah Öcalanın həbsindən sonra PKK-nın komandiri postunu ələ alan Murad Karayılan öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Akit” qəzeti yazıb.

Məlumata görə, terrorçu lider dünən gecə Diyabəkir hərbi bazasından havaya qalxan Türkiyənin 9 F-16 qırıcı təyyarələrinin Çukurcuda sərhədi keçərək İraqda PKK-nın mövqelərini bombalaması nəticəsində ölüb.

Beş bölgədə PKK-ya aid hərbi təlim mərkəzi, sığınacaqlar və minaatan batareyaları məhv edilib.

M. Karayılanın da məhz bu bombardman zamanı öldüyü iddia olunur. Lakin məlumat hələlik təsdiqini tapmayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm