Türkiyədə şok əməliyyatlar: 320 nəfər həbs olundu
Bizi izləyin

Dünya

Türkiyədə şok əməliyyatlar: 320 nəfər həbs olundu

İŞİD və PKK hədəflərini bombardman edən Türkiyə terror təşkilatlarına qarşı daxildə də mübarizəni genişləndirib.


Publika.az xəbər verir ki, bu gün səhər saatlarında polis helikopterlərin dəstəyi ilə İstanbulun Beyoğlu bölgəsində əməliyyat keçirib.

Beyoğlu Hacıahmetde xüsusi təyinatlı qrupun keçirdiyi əməliyyat nəticəsində bir çox şəxs həbs olunub. Digər tərəfdən, Konya, Ankara və İzmirdə də İŞİD-ə qarşı əməliyyat keçirilib.


Baş nazir yanında Koordinasiya Mərkəzinin məlumatında deyilir ki, terrorla mübarizə məqsədilə 22 bölgədə keçirilən əməliyyatlar nəticəsində 320 nəfər həbs olunub. Əməliyyatlar davam edir.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm