• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avstraliya Moskvadan 1980-ci ilin qızılını geri istədi

  • Dünya
  • 25 İyul 2015 21:48
  • 604 Baxış
Avstraliya Moskvadan 1980-ci ilin qızılını geri istədi

Avstraliya Yüngül Atletika Federasiyası 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında üç qat tullanma üzrə yarışların nəticələrinin təkrar gözdən keçirilməsini tələb edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, federasiya avstraliyalı Yan Kempbelin qızıl medaldan qanunsuz məhrum edildiyini və medalın SSRİ təmsilçisi Yaaku Uudmayevə verildiyini iddia edir.

Avstraliya tərəfi bildirir ki, iddianı əsaslandırmaq üçün elmi sübutları var. Kempbel 17,39 və 17,89 metr tullansa da, hakimlər tullanma zamanı qaydaların pozulduğunu əsas gətirərək nəticələri qeydə almayıb. Nəticədə 17,35 metr tullanan Uudmayev qalib sayılıb, avstraliyalı isə 16,72 metr nəticə ilə beşinci olub.

Avstraliya Yüngül Atletika Federasiyasının prezidenti Devid Qreysin bildirib ki, qızıl medalın qaytarılması üçün Yüngül Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyasına (IAAF) müraciət edəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR