Nazir generalların həbsdən azad olunmasına qarşı çıxdı - QALMAQAL
Bizi izləyin

Dünya

Nazir generalların həbsdən azad olunmasına qarşı çıxdı - QALMAQAL

Nazir generalların həbsdən azad olunmasına qarşı çıxdı - QALMAQAL

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Ərgenokon əməliyyatı" zamanı həbs edilənlərin azad olunmasını qanuna zidd hesab edib.

Publika.Az xəbər verir ki, bu barədə AKP-dən olan millət vəkili Şamil Tayyar “Twitter” hesabına yazıb. Ş Tayyar bildirib ki, ədliyyə naziri ona zəng edib, azad olunmaların qanundan qaynaqlanmadığını bildirib: “Bir az sonra bununla bağlı Amasiyada açıqlama verəcəyini dedi”.

Qeyd edək ki, Ş. Tayyar ədliyyə nazirinin AKP-yə bununla bağlı açıqlama vermək borcunda olduğunu demişdi: “Ömürlük həbs cəzası almış ergenekonçuların azad olması hüquqi skandaldır. Belə yanaşsaq, ondan bütün həbs olunanların hamısı azad olunmalıdır”.

AKP-dən olan millət vəkili hesab edir ki, İlker Başbuğun azad olunması tələdir.

“Nə olacağını yaxın zamanda dərdindən hiss edəcəyik. Neokon (Gülən icmasına deyir-red) hirsi ağılımızı əlimizdən almamalıdır. Əgər Başbuğ bacarsaydı, AKP-ni bağlatdıracaqdı. Ergenokon da olmasaydı, 2008-ci il 28 iyulda AKP bağlanacaqdı. AKP bağlansaydı prezident və baş nazirimiz bu gün Mursi kimi həbsxanada olacaqdı, heç kim də dərd yaşamazdı. Ona görə də iki yanlışdan- Neokon və Ergenekon-bir doğru çıxmaz”-deyə Ş. Tayyar bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm