• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ABŞ Ukraynada təlimlərini genişləndirir

  • Dünya
  • 26 İyul 2015 08:39
  • 325 Baxış
ABŞ Ukraynada təlimlərini genişləndirir

Obama administrasiyası Ukraynanın şərqində Rusiyapərəst separatçılara qarşı döyüşən Ukrayna təhlükəsizlik qüvvələrinə təlimləri genişləndirir.

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner məlumat verib: "Bu, ABŞ Avropa Ordusu tərəfindən həyata keçirilən kiçik təlim Ukrayna Müdafiə Nazirliyinin personalının daxili müdafiə qabiliyyətini gücləndirməyə kömək məqsədi daşıyır. Açığı bu, bizim keçən mart ayında bəyan etdiyimiz Milli Qvardiyanın davam edən təlimi ilə oxşardır".

Sözçü bildirib ki, yeni təlimlər Ukraynanın Qərbində Polşa ilə sərhəd bolgədə baş tutacaq.

Onun sözlərinə görə, ABŞ hazırda Ukraynan qeyri-letal yardımı davam etdirir və Kiyevin silahla təmin olunması planı yoxdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR