"Şərait imkan verən kimi Kiyevə qayıdacağam" - Yanukoviç - CANLI YAYIM (YENİLƏNİR)
Bizi izləyin

Dünya

"Şərait imkan verən kimi Kiyevə qayıdacağam" - Yanukoviç - CANLI YAYIM (YENİLƏNİR)

Yanukoviç: Avropa tərəfdaşları vətəndaş sülhünə təminat verən sənədi "tapdaladılar"

Ukraynanın hakimiyyətdən uzaqlaşdırılmış Prezidenti Viktor Yanukoviç ölkədə vətəndaş sülhünə təminat verən sənədin Avropa tərəfdaşları tərəfindən "tapdalandığını" bildirib.

V.Yanukoviç Rostovda keçirdiyi mətbuat konfransında bildirib ki, əsgər və zabitlər onların cinayətkar əmlərinə tabe olmayacaqlar.

Onun sözlərinə görə, Ukrayna vətəndaşlarına qarşı özbaşınalıq baş alıb gedir: "Kiyev vətəndaş müharibəsi törətmək istəyir. Şəhərlərdə maskalı insanlar patrul çəkir. Onlar ordunun yüksəkrütbəli zabitlərini istefaya göndərirlər".

Viktor Yanukoviç bəyan edib ki, şərait imkan verən kimi Kiyevə qayıdacaq. Mayın 25-nə təyin edilmiş Ukrayna prezidenti seçkilərinin qanunsuz olduğunu deyən V.Yanukoviç ölkədə xalqa qarşı atəş açanların cəzasız qalmayacağına əminliyini ifadə edib.

Yanukoviç çevriliş vaxtı ölkəni tərk etmədiyini və inzibati binalar zəbt edilərkən Xarkov, Donetsk və daha sonra Krımda olduğunu deyib.

O, ölkənin çətin günlər yaşadığını qeyd edərək deyib ki, ukraynalıların həyat səviyyəsinin qorunması üzrə dəqiq plan var idi: "Konstitusiyayazidd çevrilişdən sonra bu, mümkünsüz oldu. Ukraynanın cənub-şərq ərazisinin əhalisi özlərinə qarşı hörmət edilməsini tələb edir. Biz bu mürəkkəb dövrü araxada qoyacağıq və insanlar birləşəcək".

Ömər Əmirli

13.58

Ukraynanın hakimiyyətdən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç Kiyevin yeni hakimiyyətini ölkədə vətəndaş müharibəsi törətməyə cəhddə təqsirləndirib. Bunu V.Yanukoviç Rostov-na-Donuda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hələ də Ukraynanın legitim Prezidenti və ali baş komandanıdır: "Mən səlahiyyətlərimi vaxtından əvvəl dayandırmamışam, sağam və məni Ukrayna Konstitusiyasına uyğun olaraq vəzifədən kənarlaşdırmayıblar".

V.Yanukoviç qeyd edib ki, terror hücumlarına məruz qalıb: "Kiyevdə formalaşdırılacaq istənilən hakimiyyət orqanı legitim olmayacaq".

O, həmçinin Obamanın Ukraynaya qarşı fəaliyyətinin qanuni olub-olmaması ilə bağlı ABŞ Senatına, Konqresinə və Ali Məhkəməsinə müraciət edəcəyini bildirib.

V.Yanukoviç onun xəstə olması ilə bağlı yayılan informasiyaları təkzib edib. “Mən sağam. Hərçənd özümü yaxşı hiss etdiyimi deyə bilmərəm. Ukraynaya görə, həyacan keçirirəm. Ultramillətçilər və neofaşistlər dəstəsi hakimiyyətdədir. Onlar yerli hakimiyyət orqanlarını zorla ələ keçirirlər, təhlükəsizlik xidmətinin rəhbərlərini işdən çıxarırlar. Ukrayna vətəndaşlarına qarşı zorakı hərəkətlərin sayı artır”, - Ukraynanın keçmiş prezidenti söyləyib.

O, həmçinin Ukraynanın yeni hakimiyyətini himayə edən Qərb dövlətlərini də ittiham edib:“Siz kor oldunuz, siz yaddaşını itirdiniz. Siz faşizmin nə olduğunu unutdunuz?”

ABŞ Konqresinin Ukraynaya 1 milyard dollar yardım ayrılması ilə bağlı qərarını “cinayətkar rejimə yardım” olaraq xarakterizə edən V.Yanukoviç “heç kim soyğunçuluğu həvəsləndirmək və dövlət çevrilişini dəstəkləmək hüquqlarına malik deyil” söyləyib. Yanukoviç xatırladıb ki, ABŞ qanunvericiliyi qanuni prezidentinin devrildiyi istənilən ölkəyə maliyyə yardımının göstərilməsini qadağan edir.

Yanukoviç bildirib ki, yardım qərarına yenidən baxılması xahişi ilə ABŞ Konqresinə müraciət etmək niyyətindədir. “Siz öz qanunlarınıza görə, Ukraynaya maliyyə yardımı ayırmaq hüquqlarına malik deyilsiniz”, - Ukraynanın hakimiyyətdən uzaqlaşdırılan prezidenti Vaşinqtonu ittiham edib.

Ömər Dağlı

13.40

“Xatırlatmaq istəyirəm ki, mən yalnız Ukraynanın yeganə qanuni prezidenti deyiləm, həm də Ali Baş Komandanam. Mən Ukrayna Konstitusiyasında nəzərdə tutulduğu kimi vəzifəmdən uzaqlaşdırılmamışam”,- Yanukoviç bildirib.

Kiyevin yeni hakimiyyətini ittiham edən V. Yanukoviç Kiyevdə formalaşdırılan istənilən hakimiyyətin qanuni olmayacağını söyləyib. O, Ukraynanın yeni hakimiyyətinin qanuniliyinə baxmaq xahişi ilə ABŞ Konqresi və Dövlət Administrasiyasına müraciət edəcəyini deyib. Yanukoviç əlverişli şərait yaranan kimi Kiyevə qayıdacağını söyləyib.

Ömər Dağlı

13.15

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç hazırda Rusiyanın Rostov şəhərində mətbuat konfransı keçirir.

Publika.az xəbər verir ki, konfrans saat 13:00-da başlayıb və canlı yayımlanır.

Canlı yayımı buradan izləyə bilərsiziniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm