Britaniya vətəndaşlarına İrana getməyə icazə verdi
Bizi izləyin

Dünya

Britaniya vətəndaşlarına İrana getməyə icazə verdi

Böyük Britaniya vətəndaşlarına İrana səfərlə bağlı qadağa ləğv edilib.

Anadolu agentliyinin məlumatına görə, bununla bağlı Britaniyanın Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumatda bildirilir ki, ölkə vətəndaşlarına ehtiyac olmadıqca İranın İraq, Pakistan və Əfqanıstanla həmsərhəd bölgələrinə səfər etməmək tövsiyə olunur, lakin İranın digər bölgələrinə səyahətlə bağlı qadağa aradan qaldırılır.

Britaniyanın xarici işlər naziri Filip Hammond qeyd edib ki, hazırda İranda İngiltərə vətəndaşlarına qarşı risk azalıb. Bu ilin sonuna qədər isə Britaniyanın Tehrandakı səfirliyinin yenidən açılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm