Yaponiyada təyyarə qəzası: ölənlər var
Bizi izləyin

Dünya

Yaponiyada təyyarə qəzası: ölənlər var

Yaponiyanın Tyofu şəhərində təyyarə qəzası baş verib.

Axar.az xəbər verir ki, yüngül motorlu təyyarənin yaşayış evinin üstünə düşməsi nəticəsində 3 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Ölənlərdən ikisi təyyarənin göyərtəsində olub. Bundan başqa qəza zamanı evdə olan qadın da həlak olub.

Qəzanın baş verdiyi ərazidə güclü yanğın olub.

Təyyarənin qəzaya uğramasına səbəb kimi pilotun özünü pis hiss etməsi göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm