Polis avtobusu partladıldı
Bizi izləyin

Dünya

Polis avtobusu partladıldı

Misirin Şimal Sina rayonunda polisləri daşıyan avtobus partladılıb.

Publika.az-ın məlumatına görə, polisləri daşıyan avtobusun keçdiyi yol üzərində yerləşdirilən bombanın partlaması nəticəsində 12 nəfər yaralanıb. Yaralı polisləri ətraf xəstəxanalara çatdırmaq üçün hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib, təhlükəsizlik qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb.

Bu ərəfədə Misir ordusu və polisi tərəfindən, başda Sina olmaqla bir sıra rayonlarda terrorçulara və təxribatçılara qarşı əməliyyatlara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm