Toyda atışma: 20 nəfər öldü
Bizi izləyin

Dünya

Toyda atışma: 20 nəfər öldü

Əfqanıstanda toyların birində baş verən atışma zamanı 20 insan həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 27-də paytaxt Kabildən 160 kilometr şimalda Baqlan əyalətinin Dehsalah rayonunda baş verib.

Rayon polisinin sözlərinə görə, toy mərasimi zamanı silahlı insanlar arasında atışma başlayıb. Hadisə nəticəsində 20 insan həlak olub, 10 nəfər isə yaralanıb.

Həlak olanların hamısı kişilərdir. Hadisə haqqında ətraflı məlumat verilmir. Konfliktin baş vermə səbəbləri araşdırılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm