• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bəşər Əsəd Suriyanın yarısından imtina etdi

  • Dünya
  • 27 İyul 2015 15:37
  • 812 Baxış
Bəşər Əsəd Suriyanın yarısından imtina etdi

Suriya prezidenti Bəşər Əsəd dövlət televiziyasında canlı yayımda çıxışı zamanı ölkədə gedən vətəndaş müharibəsini davam etdirməyə artıq gücünün qalmadığını açıq şəkildə etiraf edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, B.Əsəd onu da etiraf edib ki, hazırda Suriya ordusu hərbçi azlığı ilə üzləşib. O, ölkədə gedən müharibə səbəbindən Suriya ordusunda hərbçilərin kifayət qədər azaldığını bəyan edib: “Suriya ordusu bir neçə ay əvvəl ölkənin şərqi və şimalındakı 95 min kvadrat kilometrlik ərazilərə nəzarəti itirib. Bu isə ölkənin yarısına bərabər ərazidir”.

B.Əsəd dünya birliyini terrora qarşı birləşməyə çağırıb: “Beynəlxalq güclər özləri atəş açan zaman “terrorizm”, biz vuranda isə “inqilab”, “azadlıq”, “insan haqqları” deyirlər. Mənim vaxtilə başlatdığım mübarizəni indi onlar da aparırlar, həmin terrorçuları vururlar. Ancaq onlar bu terrorun toxumunu səpənlərdir. İndi bu terroru necə bitirə bilərlər?”

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR