Dünya
Davudoğlu: “Türkiyənin Suriyaya qoşun göndərmək planları yoxdur”
“Türkiyənin İŞİD-ə qarşı vuruşmaq üçün Suriyaya qoşun göndərmək planları yoxdur”.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin sərhədə yaxın ərazilərdəki İŞİD terrorçularına və İraqdakı PKK separatçılarına qarşı hava hücumları taktikası dəyişdirilə bilər. Baş nazir deyib ki, Türkiyənin bu addımları ötən həftə Suruçda törədilən və 32 nəfərin ölümü ilə nəticələnən terror aktına cavabdır.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin tankları bu gecə Suriyanın şimalında kürdlərin nəzarət etdiyi Zur Mağar kəndini atəşə tutub.
Həmçinin, Türkiyə hökuməti NATO ölkələrinin səfirlərini İŞİD və PKK-ya qarşı hərbi əməliyyatları müzakirə etmək üçün danışıqlara çağırıb. Görüşün sabah Brüsseldə təşkil olunması gözlənilir.
Vasif Həsənli
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY