Məxfi razılaşma: İncirlik bazasının qapıları açılır, “təhlükəsiz zona” yaradılır
Bizi izləyin

Dünya

Məxfi razılaşma: İncirlik bazasının qapıları açılır, “təhlükəsiz zona” yaradılır

İŞİD-ə qarşı hücumlar həyata keçirən koalisiya gücləri Türkiyənin İncirlik hərbi bazasından istifadə edəcəklər.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ ilə Türkiyə razılığa gəliblər. İncirlik hərbi bazasının koalisiya güclərinin üzünə açılması İŞİD hədəflərini vuran döyüş təyyarələri üçün məsafəni qısaldacaq. Hazırda ABŞ əməliyyatları İraqdakı bazadan və Bəsrə körfəzindəki təyyarə gəmisindən həyata keçirir. Təyyarə gəmisindən qalxan təyyarə İŞİD hədəflərinə çatmaq üçün bir saat vaxt sərf edirsə, bu, İncirlikdən cəmi 25 dəqiqəyə mümkün olacaq. Lakin İncirlik bazası yalnız Türkiyənin icazəsilə və məhdud səviyyədə istifadə olunacaq.


ABŞ-ın “Washington Post” nəşri isə Vaşinqton-Ankara razılaşmasının daha bir mühüm detalı haqda məlumat yayıb.

Nəşrin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Şimali Suriyada “təhlükəsiz zona” yaradılacaq. Bu zona Fərat çayından başlayaraq 110 kilometr Qərbə doğru uzanaraq Hələb şəhərinin sərhədlərində bitəcək.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm