Türkiyə hökuməti HDP ilə danışıqlardan imtina etdi
Bizi izləyin

Dünya

Türkiyə hökuməti HDP ilə danışıqlardan imtina etdi

Bu gün Türkiyənin müdafiə naziri Vecdi Gönülün rəhbərlik etdiyi nümayəndə heyəti CHP və MHP-nin qərargahlarına baş çəkəcək, partiya liderləri ilə görüşəcək.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu müvafiq göstəriş verib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın da iştirak edəcəyi görüşdə nazir V.Gönül PKK və İŞİD-ə qarşı keçirilən hərbi əməliyyatlarla bağlı CHP və MHP rəhbərlərinə məlumat verəcək.

Türkiyə müdafiə nazirinin ziyarət edəcəyi müxalifət partiyaları siyahısına kürdlərə yaxınlığı ilə seçilən HDP partiyası salınmayıb.

Xatırladaq ki, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu da son günlərdə həyata keçirilən anti-terror əməliyyatları ilə əlaqədar CHP lideri Kamal Kılıçdaroğlu və MHP lideri Dövlət Baxçalıya zəng edərək, onlara mövcud vəziyyətlə bağlı məlumat verib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm