Dünya
Arvadını doğradı, öz gözünü çıxartdı
ABŞ-ın Arizona ştatında polis evlərin birində başı kəsilmiş qadın və iki it meyiti tapıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadının və itlərin qətlində günahlandırılan evin sahibi isə öz gözlərini çıxarıb, əllərini kəsib.
Polisi qonşu Cor Leni çağırıb. Belə ki, Leni qonşusunu ziyarət etmək üçün evə gəlib və qonşusunu başı kəsilmiş halda görüb. Onun sözlərinə görə, başı kəsilən qadının ərinin psixoloji problemləri olub. O deyib: “Qonşu Trinanı tez-tez ziyarət edərdim. Lakin son 2 gün idi ki, ondan xəbər yox idi. Onlara gəlib qapını döydüm. Qapını əri açdı. O, çılpaq idi və evin hər yeri qan içindəydi”. Leni polis çağıran zaman 43 yaşlı kişi gözünü çıxardıb, əlini kəsib.
Kişi dərhal xəstəxanaya göndərilib, hadisə yerində isə polislər tədqiqatları davam etdirir. Qadının cəsədi qarderobdan tapılıb. Polis həmçinin evdə bir neçə bıçaq da aşkarlayıb.
Nura
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."