Ukraynada vuruşan erməni terrorçu Qarabağa köçüb – FOTOLAR
Bizi izləyin

Dünya

Ukraynada vuruşan erməni terrorçu Qarabağa köçüb – FOTOLAR

2014-cü ilin may ayından Ukraynanın Luqansk vilayətinin ərazisində rusmeyilli separatçıların tərəfində vuruşan Artur Qasparyan Dağlıq Qarabağa köçüb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaradılan qanunsuz hərbi birləşmələrin tərkibində müqavilə əsasında xidmət edəcək.

1990-cı ildə Ermənistanın Spitak şəhərində anadan olan Artur Qasparyan 2008-2010-cu ildə Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrindən birində kəşfiyyatçı kimi çalışıb.

O, 2010-cu ildə Rusiyaya köçüb və Ukraynanın şərqindəki hərbi əməliyyatlarda aktiv iştirakçı olub.

Qasparyanın başçılıq etdiyi dəstə 2014-cü ilin mayında Donetsk aerportunun ələ keçirilməsində önəmli rol oynayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm