Dünya
Ərdoğan sərt danışdı: “Qisasımızı alacağıq”
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Çin səfəri
öncəsi maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, üç gün davam edəcək
Çin səfərindən öncə Ərdoğan terror aktlarından və keçirilən
əməliyyatlardan danışıb.
“Muşda şəhid olan minbaşımıza Allahdan rəhmət diləyirəm. Bu
xainlərə ən qısa zamanda cavab veriləcək. Türkiyə Cümhuriyyəti
terror təşkilatı ilə sözdə siyasətçi, yaxud aydın olduğunu deyib,
terrorla əlaqəsi olan hər kəsdən şəhidlərin qanını alacaq. Burada
hər hansı geriyə addım atmaqdan söhbət belə gedə bilməz. Türkiyənin
Kandildə və daxildə apardığı mübarizə adi məsələ deyil. İstər İŞİD,
istərsə digər terror təşkilatlarına qarşı aparılan mübarizə sadəcə
millətimizin sülh içində yaşaması üçün deyil, eyni zamanda dövlət
əhəmiyyətli məsələnin reallaşmasıdır. Bu mübarizə sonuna qədər
davam edəcək. Bu gün həm də dostlarımızın tanınması günüdür”, -
deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti bu gün NATO-nun baş verənlərlə bağlı keçiriləcək
toplantısına da toxunub. Bildirib ki, NATO-nun lazımi addımlar
atacağına inanır.
Asif Nərimanlı
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?