Yeni əməliyyat dalğası: 30 nəfər həbs olundu – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Yeni əməliyyat dalğası: 30 nəfər həbs olundu – SON DƏQİQƏ

Türkiyədə terrorla bağlantısı olanların həbsi davam edir.

Publika.az xəbər verir ki, Mersin polisinin terrorla mübarizə şöbəsi tərəfindən 30 ünvanda eyni zamanda əməliyyat keçirilib. 100 polisin iştirak etdiyi əməliyyat zamanı evlərdə axtarış aparılıb. Terrorla bağlantısı olmaqda şübhəli bilinən 30 nəfər həbs olunub.

Malatyada isə səhər saatlarında PKK-nın gənclik qolu olan YDG-nin Azadlıq Dərnəyində əməliyyat keçirilib. İndiyə qədər həbslərlə bağlı xəbər yayılmayıb.

Elazığda keçirilən əməliyyatda isə 5 nəfər həbs olunub. BDP-nin Elazığ təşkilatının rəhbəri Turan Çelik də həbs olunanlar arasındadır.

Qeyd edək ki, son üç gündə keçirilən əməliyyatlar zamanı həbs olunanların sayı 1000-dən çoxdur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm