NATO baş katibi: “Türkiyə ilə birgə hərəkət etməyə hazırıq”
Bizi izləyin

Dünya

NATO baş katibi: “Türkiyə ilə birgə hərəkət etməyə hazırıq”

“Türkiyə ilə terrora qarşı mübarizədə birgə hərəkət etməyə hazırıq. Türkiyəyə qarşı törədilən terror aktlarını şiddətlə qınayırıq”.


Publika.az xəbər verir ki, bu gün NATO-da keçirilən Türkiyə zirvəsində Şimal Alyansının baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, ittifaqın təhlükəsizliyi bölünə bilməz: “Biz Türkiyə ilə eyni sırada yer alırıq və baş verənləri yaxından izləyirik. Türkiyə bu toplantının keçirilməsini təhlükəsizliyinə təhdidlərin olduğu üçün tələb edib. Vaşinqton razılaşmasının 4-cü maddəsinə görə hər bir üzv ölkənin belə bir haqqı var. Bu dəhşətli terror aktlarından zərər görən Türkiyəyə başsağlığı verirəm. Terror heç bir formada qəbul oluna bilməz”.

Toplantıda bütün ittifaq üzvləri Türkiyəyə öz dəstəklərini ifadə ediblər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm