Dünya
“Səs oyunu”, yoxsa Suriya bataqlığı: Türkiyə müharibəyə niyə qoşuldu? – ŞƏRH
İŞİD və PKK-ya qarşı əməliyyatlara başlayan Türkiyə
Suriyaya girməyəcək. Ölkənin Baş naziri Əhməd Davudoğlu da bildirib
ki, əməliyyatlar əsasən havadan aparılacaq. Rəsmi Ankara onu da
diqqətə çatdırıb ki, Suriya kürdləri Türkiyə üçün təhlükə
törətməyəcəyi təqdirdə, onlara toxunulmayacaq.
Publika.az Türkiyənin keçirdiyi əməliyyatlarla bağlı ekspertlərin
fikirlərini təqdim edir.
“Ankarada anlayırlar ki, problemə qarşı təkbaşına getmək
çətin olacaq”
Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin
professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul
İsmayıl hesab edir ki, Türkiyə əməliyyatları müttəfiqləri ilə
razılaşdıqdan sonra həyata keçirir: “Suruçdakı terror aktı ilə
Türkiyə İŞİD-in birbaşa hədəfinə çevrildi və keçirilən əməliyyatlar
da buna adekvat cavabdır. Xatırlayırsınızsa, Türkiyənin hərbi
təyyarəsi Suriya ordusu tərəfindən salınanda, müdafiə olunma addımı
seçildi. İndi isə müdafiə ilə yanaşı, hücumlar da reallaşır. Lakin
burada beynəlxalq situasiyanı da nəzərə almaq lazımdır. Ehtimal ki,
Ankara müttəfiqləri ilə razılaşdıqdan sonra bütün region üçün
təhlükə olan İŞİD-i vurmaq qərarını verib. Buna paralel olaraq,
PKK-ya qarşı da ölkə daxilində və xaricdə əməliyyatlar aparılır.
Ankarada anlayırlar ki, problemə qarşı təkbaşına getmək çətin
olacaq. Ona görə də kənardan dəstək axtarılır. Xüsusilə regionda
maraqları olan ABŞ, Rusiya, İran kimi ölkələr dəstək verə
bilər”.
Politoloq hesab edir ki, Suriya məsələsində ümumi dilə tapılsa,
terrora da son qoymaq mümkündür.
“Fikrimcə, Türkiyə bu cür əməliyyatlarda zəngin təcrübəyə malikdir.
Amma terrorun kökünü bununla kəsmək mümkün deyil”, - deyə o
bildirib.
Hərbi əməliyyatlar: AKP-nin “səs oyunu”, yoxsa Türkiyə
Suriya bataqlığına doğru?
Türkiyəli politoloq Hakan Aksay isə baş verənləri ölkə daxilindəki
vəziyyətlə bağlayır. Onun fikrincə, 7 iyun seçkilərində səs itirən
Ərdoğan xüsusilə HDP-ni sıradan çıxarmaq üçün bu addımı atır:
“Suriya və İraqda bombalamalar da bu planın tərkib hissəsidir. Bir
tərəfdən Türkiyə islam radikallarına qarşı ABŞ-la birgə hərəkət
edir, digər tərəfdən, ölkə daxilində kürdlərin partiyasına qarşı
təbliğat aparılır. Fikrimcə, bu əməliyyatlarla HDP seçicilərin
gözündən düşəcək və AKP erkən seçkilərdə səslərin 50 faizindən
çoxunu qazanaraq təkhakimiyyətliliyini qur biləcək”.
Qeyd edək ki, hərbi əməliyyatlardan sonra Türkiyədə bəzi ekspertlər
“AKP seçkidə 50 faizlik baryeri aşmaq üçün bu addımı
atır” iddialarını səsləndirilər. Suruç terroru və PKK-ya
qarşı əməliyyatlardan sonra keçirilən rəy sorğularında HDP-nin
səslərinin azalması da bu ehtimalı artırır. Belə ki, əhalinin 85
faizi hərbi əməliyyatları dəstəklədiyini, HDP-yə səs verənlərin
yarıdan çoxu isə peşman olduqlarını açıqlayıblar.
Lakin Türkiyəni 2013-cü ildən bəri Suriya müharibəsində soxmaq
cəhdləri də burda diqqət çəkir. Hazırda buna nail olunduğunu demək
mümkündür. Doğrudur, Türkiyə Suriya sərhədini keçmədən addımlar
atacağını bildirir. Lakin xüsusi təyinatlıların sərhədi keçərək
əməliyyatlar keçirməsi, İncirlik hərbi bazasının müəyyən qədər
koalisiya qüvvələrinə açılması və baş verən digər proseslər artıq
bu ölkənin müharibə apardığını deməyə əsas verir. Bu baxımdan, bu
qədər genişçaplı əməliyyatların məhz AKP-nin “səs oyunu” olduğunu
demək məsələyə birtərəfli yanaşma olardı. Amma o da faktdır ki,
erkən seçkilər keçiriləcəyi təqdirdə HDP əvvəlki səsi ala
bilməyəcək.
Politoloq Hakan Aksay hesab edir ki, Türkiyə indi üçüncü təhlükə
ilə də üz-üzədir: “Buna qədər ölkə daxilində sollar problemi, PKK
təhlükəsi var idisə, indi bu sıraya İŞİD də əlavə olunub”.
Asif Nərimanlı
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi