Oğlunun yoxluğunu unutmaq üçün bunu etdi - FOTOLAR
Bizi izləyin

Dünya

Oğlunun yoxluğunu unutmaq üçün bunu etdi - FOTOLAR

Böyük Britaniyanın Nottinhemşir qraflığında yaşayan Teresa Rasson, anasını və oğlunu itirdikdən sonra maraqlı bir hərəkətə əl atıb. Belə ki, doğmalarını itirən qadın “yenicə doğulmuş körpə” kuklalarını hazırlamaqla özünə təsəlli tapır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı Teresa körpələrini itirmiş ailələr üçün kuklalar hazırlayır. O, öz bacarığı ilə ana və övlad itkisinə də qalib gəlir.

Bu vaxta qədər Teresa 250-dən artıq kukla hazırlayıb. Kuklaların tamamilə insana bənzəməsi üçün Teresa onların üzərində uzun müddət çalışır. Ona görə də, kukla hazırlığı 6 aya kimi çəkə bilir. O, kuklaların canlı görünməsi üçün 150 dərəcə istidə sobada bişirir.

Kuklaların qiyməti isə nə az nə çox 547 dollardır. Teresa öz hobbisi haqda bunları deyib: “Oğlumun ölümündən sonra mən nə yata, nə də yeyə bilirdim. Yalnız kuklaları rəngləmək mənə kömək olurdu. Anam və mən düz 20 il idi ki, kuklaları rəngləməklə məşğul olmuşuq. Kuklaları elə rəngləyirəm ki, onlar sanki canlı insana bənzəyir və qucağına almaq istəyirsən. Yaratdığım hər bir kukla mənə övlad acısını unutdurur”.

Qeyd edək ki, 2005-ci ildə Teresanın anası 80 yaşında vəfat edib. Bu hadisədən 5 ay sonra isə onun 21 yaşlı oğlu intihar edib.

“Anamın və oğlumun ölümündən sonra boşluğu dolduran heç nə yox idi. Ona görə də, kukla yaratmaqda özümə təsəlli verməyə çalışırdım”, - Teresa əlavə edib.

Onun sözlərinə görə, kukla sifariş verənlərin əksəriyyəti övlad acısı yaşayan insanlardı.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm