Dünya
Yerevan polisi etirazçılara zor tətbiq edib
İrəvanın Respublika meydanında “Qalx ayağa, Ermənistan” hərəkatının təşəbbüsü ilə elektrik enerjisinin qiymətlərinin qaldırılmasına qarşı keçirilən etiraz aksiyaları davam edir.
Axar.az erməni mətbuatına istadən xəbər verir ki, polislər dünən olduğu kimi, bu gün də etirazçılara meydanda oturaq aksiya keçirməsinə imkan vermir. Hərəkatın idarə heyətinin üzvü David Sanasaryan iki dəfə polisin qurduğu barrikadanı aşaraq meydanın ortasına keçməyə müvəffəq olsa da, onu geri qaytarıblar.
İrəvan şəhər polisinin müavini Valeri Osipyan Sanasaryandan özünü adekvat aparmağı tələb edib. Hazırda yüzə qədər polis meydanın mərkəzini xüsusi sədd yaratmaqla mühafizə edir. Hərəkatın təşəbbüskarları etiraz əlaməti olaraq Sərkisyan və Nalbandyan küçələri arasında dövrə vuraraq şəhərdə tıxac yaradıblar.
Qeyd edək ki, etirazçılar iyulun 27-dən 72 saatlıq oturaq aksiya keçirməyi hədəfləyiblər.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR