İŞİD-çi gəlinə kəsilmiş başdan toy hədiyyəsi
Bizi izləyin

Dünya

İŞİD-çi gəlinə kəsilmiş başdan toy hədiyyəsi

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi toy hədiyyəsi kimi bir qadının başını kəsməyə icazə verib.

Bu haqda “The Daily Mail”ə qadın şəriət məhkəməsinin keçmiş əməkdaşı xəbər verib.

Lina adlandırılan qadın bildirib ki, qadın şəriət məhkəməsi hakimlərindən birinin əri döyüşlərdə həlak olub. Daha sonra dul qadın özünə yeni ər tələb edib və toy hədiyyəsi kimi bir “kafir”in başının kəsilərək ona verilməsini istəyib.

Lakin İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi qərara gəlib ki, həmin hakim qadın olduğu üçün onun kişi öldürməyi tələb etmək hüququ yoxdur. Bağdadi qadına casusluqda şübhəli bilinən qadın həmkarlarından birinin başını kəsməyi təklif edib. Haqqında ölüm hökmü çıxarılan qadın isə Linanın keçmiş rəisi olub.

İŞİD terror qruplaşmasının əlindən qaçan qadın qeyd edib ki, “xansa” adlanan qadın şəriət məhkəməsində Böyük Britaniyadan 5 qadın xidmət edir. Onların çoxu milliyətcə ingilisdir. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm