Ukrayna Böyük Britaniya və ABŞ-dan hərbi kömək istədi
Bizi izləyin

Dünya

Ukrayna Böyük Britaniya və ABŞ-dan hərbi kömək istədi

Ukrayna Ali Radası (parlament) ölkənin təhlükəsizliyinin zamini olan dövlətlərə müraciət edib. Publika.Az –ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qəbul olunan qətnaməni parlamentin 263 üzvü dəstəkləyib.

Qətnamədə Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyinə zamin olan ölkələrdən “Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün saxlanılması üçün bütün mümkün diplomatik, siyasi və hərbi vasitələrdən” istifadə edilməsi xahiş edilir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubi də bir neçə gün bundan əvvəl bildirmişdi ki, Ukrayna Budapeşt müqaviləsinin zamin ölkələri kimi Böyük Britaniya və ABŞ-ın köməyinə bel bağlayır.

Qətnamədə həmçinin Rusiyadan qoşunlarının Krımdan çıxarmağı tələb olunub.

Xatırladaq ki, bu gün Krım Muxtar Pespublikasının parlamenti Krımın “Müstəqillik haqqında bəyannmə”ni qəbul edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm