Dünya
İŞİD-in Azərbaycan əsilli İstanbul əmiri haqda ŞOK FAKTLAR
Azərbaycan əsilli olduğu iddia edilən İŞİD-in İstanbul əmiri Abdulla Abdullayev haqda maraqlı faktlar məlum olub.
Publika.az xəbər verir ki, Türkiyədə İŞİD-in
əcnəbi döyüşçülərinə rəhbərlik edən, həmçinin dünyanın müxtəlif
yerlərindən terror təşkilatına qoşulmaq istəyənləri Türkiyəyə
gətirib, buradan Suriya və İraqa keçirən A. Abdullayev artıq
həbsxanaya göndərilib.
Yayılan məlumatlara görə, bu ilin yanvar ayında Sultanahmetdə
terror törədən dağıstanlı Diana Ramazovanı da Türkiyəyə Abdullayev
gətirib. Ramazova terror aktına qədər 4 gün ərzində Abdullayevin
yanında qalıb və ona kömək edib. A. Abdullayevin polisdə ifadə
vermədiyi deyilir.
Qeyd edək ki, A. Abdullayev həbs olunanda onun Azərbaycan vətəndaşı
olduğu haqda məlumatlar yayılmışdı. Lakin daha sonra onun çeçen
əsilli olmasına dair xəbərlər də ortaya çıxdı.
Abdullayevlə eyni zamanda həbs olunan əsas adam Əbu Həmzə
ləqəbli Halis Bayancuk da polisdə ifadə verməkdən imtina edib. O,
“İŞİD-ə əsgər toplama”, “İŞİD-in Türkiyə üzrə əsas adamı olma” kimi
iddialara cavabında “Tağut sisteminin adamlarısınız. Hamınız
kafirsiniz. Şəriətlə idarə olunmayan heç bir dövlətin hökmü bizim
üçün qəbul deyildir. Sizi tanımıram” deyə bildirib.
Onunla birlikdə həbs olunan həyat yoldaşı isə sərbəst
buraxılıb.
Asif Nərimanlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ