Cəbhədə döyüşlər yenidən qızışdı: ağır artilleriya işə düşdü
Bizi izləyin

Dünya

Cəbhədə döyüşlər yenidən qızışdı: ağır artilleriya işə düşdü

Ötən gecə separatçılar Ukrayna ordusuna qarşı hücuma keçib.

Publika.az xəbər verir ki, bu barədə ATO-nun “facebook” səhifəsində məlumat yayılıb.

Məlumata görə, separatçıların 100 döyüşçüsü Ukrayna ordusunun mövqelərini tutmağa cəhd edib. Güclü atışmadan sonra separatçılar geri çəkilib.

Bu gün səhər saatlarında isə separatçılar ağır artilleriyadan atəş açıblar. ATO-nun məlumatına görə, Ukrayna ordusu mövqelərini möhkəmləndirə bilib və heç bir itki verməyib.

Ekspertlər Ukraynada müharibənin yenidən başlaması ehtimalını istisna etmirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm