PKK silahlıları Türkiyədə neft kəmərini partlatdı - FOTOLAR
Bizi izləyin

Dünya

PKK silahlıları Türkiyədə neft kəmərini partlatdı - FOTOLAR

PKK silahlıları Türkiyədə İraqla sərhəddə yerləşən Şırnak vilayətinin ərazisindən keçən Kərkük-Yumurtalıq neft kəmərini partladıblar.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, boru kəməri partladılandan sonra İraqdan Türkiyəyə neft nəqli dayandırılıb.

Partlayış nəticəsində, borudan çıxan neft yaxınlıqdakı tarlalara axıb. Terrorçular hadisə yerinə gələn polis əməkdaşlarına atəş açaraq ərazini tərk ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm