İsrail Suriyanı vurdu
Bizi izləyin

Dünya

İsrail Suriyanı vurdu

İsrail ordusu sərhədyanı Hadar qəsəbəsində Bəşər Əsəd rejiminə yaxınlığı ilə seçilən silahlı birləşmənin 2 üzvünü pilotsuz təyyarədən atılan bomba ilə vurub.

Publika.az-ın məlumatına görə, bu barədə Livandakı Hizbullah təşkilatına bağlı olan “El Manar” televiziyası xəbər yayıb.

Xəbərə görə, İsrail ordusuna məxsus pilotsuz təyyarə Suriyanın cənub-qərbində yerləşən Hadar qəsəbəsində avtomobili bombalayıb. Hücum zamanı Bəşər Əsəd rejiminə yaxınlığı ilə tanınan 2 nəfər həlak olub.

Qeyd edək ki, Əsədin adamlarının olduğu avtomobil Qoran təpələrinə yaxın ərazidə bombalanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm