PKK "kobra”nı vurdu: 4 yaralı
Bizi izləyin

Dünya

PKK "kobra”nı vurdu: 4 yaralı

PKK Türkiyə ordusunun əsgərlərinə hücum edib.

Publika.az xəbər verir ki, Ərzurum vilayətinin Horasan qəsəbəsində türk zabiti şəxsi avtomobili ilə xidmət yerinə gedərkən silahlı hücuma məruz qalıb. Terrorçular tərəfindən yaralanan zabit xəstəxanaya aparılıb.
Digər tərəfdən, Ağrı bölgəsinin Doğubayazit qəsəbəsində zirehli avtomobilin raket atəşinə tutulması nəticəsində 3 əsgər yaralanıb.

Türkiyə Silahlı Qüvvələrinin hücumlarla bağlı yaydığı açıqlamada deyilir: “Ağrıda terrorçular zirehli "Kobra" avtomobilinə raketlə hücum edib. Nəticədə 3 çavuş yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm