Dünya
Yenidən “dirilən” Molla Ömər Ramazan mesajı verdi və yenə öldü – ŞOK
Talibanın məşhur lideri Molla Ömərin yaşadığı iddiaları
yayılıb.
Publika.az xəbər verir ki, iki həftə öncə Taliban Molla Ömərin
adından Ramazan bayramı mesajı yayıb. Bundan sonra iki il öncə
öldüyü xəbəri yayılan Taliban liderinin yaşadığı, yoxsa öldüyü
sualları ortaya çıxıb.
Əfqanıstan hökumətinin adının açıqlanmasını istəməyən rəsmilərindən
biri “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, Pakistan
Kabilə Molla Ömərin ölümü haqda məlumat verib. Mənbə Molla Ömərin
iki il öncə Pakistanda xəstəlikdən öldüyünü qeyd edib.
Pakistan rəsmiləri isə Molla Ömərin adından yayılan mesaj haqda
Əfqanıstan hökumətinin münasibət bildirməsindən sonra
danışacaqlarını açıqlayıblar.
Molla Ömər kimdir?
Molla Məhəmməd Ömər, yaxud Molla Ömər adı ilə tanınan bu şəxs
Talibanın əsas liderlərindəndir. 1996-cı ildə Talibanın Kabili ələ
keçirməsindən sonra Əfqanıstanın böyük bir qismi tərəfindən dövlət
başçısı olaraq qəbul olunur. Lakin beynəlxalq ictimaiyyət onu
prezidenti kimi tanımayıb. O, ABŞ-ın 2001-ci ildə hücumlarına qədər
de-fakto olaraq dövlət başçısı olaraq fəaliyyət göstərib.
Molla Ömər 1960-cı ildə Əfqanıstanın Kandahar vilayətinin Şah-ı
Himmat kəndində doğulub. 1980-ci illərdə SSRİ-yə qarşı müharibədə
iştirak edib. Həmin vaxt mərmi partlayışı nəticəsində sağ gözünü
itirib.
“Əl-Qaidə” lideri Usama Bin Ladenin yaxın münasibət qurduğu çox az
adamlardan biri olub. ABŞ 11 sentyabr hadisələrində günahlandırılan
Molla Ömərin başına 10 milyon dollar pul qoymuşdu.
Asif Nərimanlı
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü