Parlamentdə dava düşdü: “Canımız PKK-ya qurban olsun”
Bizi izləyin

Dünya

Parlamentdə dava düşdü: “Canımız PKK-ya qurban olsun”

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən fövqəladə toplantıda gərgin anlar yaşanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, TBMM-də hökumət adından çıxış edən Baş nazirin köməkçisi Bülənt Srınçın ardından kürsüyə çıxan HDP-li millət vəkili Osman Baydemirin açıqlaması qalmaqala səbəb olub.

“Bizim millət vəkillərimiz gerillaya (PKK terrorçularını nəzərdə tutur-red) qurban olsun” deyən HDP-li deputat sərt reaksiya ilə qarşılaşıb.

Lakin o çıxışına davam edərək sözlərini təkrarlayıb: “Mənim və bütün millət vəkillərinin vəkillikləri bir əsgərin, polisin, gerilla (PKK) və sivilin canına qurban olsun”.

Bundan sonra TBMM-də gərginlik daha da artıb. O isə “Baş nazir və Prezidentin çıxışları sülhə sui-qəsd etməkdir. Gəlin savaş kimdən gəlirsə gəlsin, dur deyək” deyə bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm