Bu şiri ovlamaq üçün 54 min dollar ödədi - FOTOLAR
Bizi izləyin

Dünya

Bu şiri ovlamaq üçün 54 min dollar ödədi - FOTOLAR

Zimbabvenin ən məşhur şiri, Nvanqe milli parkında Minnesota (ABŞ) ştatından olan turist tərəfindən öldürülüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 13 yaşlı şir stomatoloq Uolter Palmer tərəfindən vurulub. Belə ki, turist Sesil adlı şiri ovlamaq üçün qeyri-qanuni safari gəzintisi təşkil edən şəxslərə 54 min dollar ödəyib. Ovlamağı sevən həkimin qəniməti sayılan Sesilin başı dəlil-sübut kimi ondan müsadirə olunub.

Zimbabvedə heyvanların müdafiəsi üzrə dövlət təşkilatının nümayəndəsi Conni Rodriqesin sözlərinə əsasən, qeyri-qanuni ovlamağa görə həkim 10 il azadlıqdan məhrum oluna bilər.

O da qeyd olunur ki, Sesil nəinki Zimbabve sakinlərinin, hətta turistlərin də sevimli heyvanı olub. Nvanqe parkına gələn turistlər tez-tez onu şirlərin əhatəsində görərdi. Conni Rodruqes onu şirlərin arasında ən yaraşıqlı olduğunu da bildirib. Onun sözlərinə görə, Sesil heç vaxt heç kimi narahat etməyib.

Xəbər yayıldıqdan sonra Palmerin ünvanına çoxsaylı təhqir və hədələr yağdırılıb. Hazırda onun işi Viktoriya-Fols şəhər məhkəməsinə təqdim olunub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm