İŞİD daha bir ölkə ilə savaşa hazırlaşır
Bizi izləyin

Dünya

İŞİD daha bir ölkə ilə savaşa hazırlaşır

İŞİD Əfqanıstan və Pakistanda terror qruplaşmaları yaratmaqla Hindistanda müharibəni qızışdırmaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “USA Today” yayıb. Qəzetin iddiasına görə, İŞİD bununla dünyanın sonunu yaxınlaşdırmaq istəyir:

“Artıq Pakistandakı vətəndaşlardan 32 köhnə sənəd toplanılıb. Bu sənədlərdə Əfqanıstandakı ABŞ ordusuna, Amerika diplomatlarına və Pakistan məmurlarına hücumların planları əks olunub. İŞİD-ə aid olan “İslam xilafətinin qısa tarixi, peyğəmbərin xəlifəliyi” sənədlərində həmçinin Əfqanıstan və Pakistanda taliblərin onlarla təşkilatının birləşdirilməsi nəzərdə tutulur. Bundan sonra Hindistana hücum edilməli və ABŞ-la dünyanın sonunu yaxınlaşdıran müharibə başladılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm