Bir şəhidin əvəzinə üç terrorçu: Türkiyədə küçə döyüşləri gedir – FOTOLAR
Bizi izləyin

Dünya

Bir şəhidin əvəzinə üç terrorçu: Türkiyədə küçə döyüşləri gedir – FOTOLAR

Türkiyənin Diyarbəkir bölgəsində PKK terrorçusunun silahlı hücumu nəticəsində bir polis şəhid olub, yoldan keçən bir sivil vətəndaş da öldürülüb, daha bir nəfər isə yaralanıb.

Publika.az xəbər verir ki, polis məmuru Mehmet Uyar ağır yaralanandan sonra xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Polis terrorçuları tutmaq üçün əməliyyatlara başlayıb.

Elazığ bölgəsində də terrorçular polisə hücum edib. Lakin cavab atəşi ilə susdurulandan sonra qaçmağı bacarıblar.

Şırnak bölgəsində isə polis idarəsinə hücum edən terrorçulardan biri tutulub. Axşam saatlarında yoldan keçən qara rəngli nömrəsiz avtomobildən polislərə atəş açılıb. Cavab atəşi nəticəsində terrorçulardan biri ölü olaraq ələ keçirilib. Biri yaralanan digər üç terrorçu isə avtomobili buraxaraq qaçmağı bacarıblar. Avtomobildə çoxlu sayda silah-sursat tapılıb.

Ölü ələ keçirilən terrorçunun PKK-nın dağ qrupunda komandirlərdən biri olduğu ehtimal olunur.

Ağrı vilayətində də terrorçular polisə hücum edib. Silahlı qarşıdurmada iki terrorçu məhv edilib, ikisi isə yaralanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm