İŞİD-ə əsgər toplayan əsas şəbəkə həbs olundu
Bizi izləyin

Dünya

İŞİD-ə əsgər toplayan əsas şəbəkə həbs olundu

Türkiyənin Şanlıurfa bölgəsində xarici ölkələrdən gələnləri İŞİD-ə aparan beş nəfərlik əsas şəbəkə ortaya çıxarılıb.

Publika.az xəbər verir ki, Mehmet D-nin lideri olduğu şəbəkə Hüseyn D, Mehmet A və Suriya əsilli Haris S-dən ibarət olub. Onlar şəhərin mərkəzində “təhlükəsiz evlər” qurublar.

Türkiyə polisinin xüsusi əməliyyat qrupu Suriyadakı İŞİD liderlərindən gələn telefon zəngindən sonra hərəkətə keçib. Şəbəkə üzvləri telefon danışığında İŞİD liderlərinə “qardaşlar gəlir” deyə yeni üzvlər haqda məlumat veriblər. İstintaq zamanı Mehmet D-nin və qrupunun xüsusilə Rakkadakı İŞİD rəhbərliyi ilə bağlantıları olduğu ortaya çıxıb.

Məlum olub ki, xarici ölkədən İŞİD-ə qoşulmaq üçün gələnlər bir gün oteldə, yaxud “təhlükəsiz evlərdə” qalır. Ertəsi gün Mehmet D maşınla onları əvvəlcə Akçakaleyə aparır, oradan da qeyri-qanuni yollarla sərhədi keçirirlər.

“Miliyyet” qəzetinin yazdığına görə, İŞİD-ə qoşulmaq üçün gələn xaricilərin özləri ilə gətirdikləri əşyalar daha sonra onların arxasınca göndərilir.

Əcnəbilərin saxlanıldığı evlərin maliyyəsini İŞİD-in ödədiyi və bu işə Suriya əsilli Haris S-nın baxdığı ortaya çıxıb. Şəbəkənin lideri Mehmet D-nin böyük qardaşının vaxtilə “Əl-Qaidə”də döyüşdüyü və öldüyü faktı aşkarlanıb.

Əməliyyat zamanı şəbəkədən 1 ədəd “Glock” tapançası, 3 ədəd patronqabı ilə birlikdə 42 ədəd güllə, 7 ədəd cib telefonu, 8 ədəd simkart, İŞİD-ə qoşulan 4 əcnəbiyə aid pasport, 3 ədəd xarici ölkə pasportu, 2 ədəd noutbuk, 2 ədəd ləptop, 3 ədəd planşet götürülüb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm