Rusiya Ukraynaya qoşun yeritdi: müharibə xəbərdarlığı
Bizi izləyin

Dünya

Rusiya Ukraynaya qoşun yeritdi: müharibə xəbərdarlığı

Rusiya Donetskə, separatçı qüvvələrə yeni silah yükü göndərir.

Publika.az xəbər verir ki, bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukraynanın xalq deputatı Dmitri Timçuk deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Rusiyadan separatçılara əhəmiyyətli silah yükünün gələcəyi gözlənilir.

“Hazırda silah yükü haqda konkret informasiya yoxdur və qeydə alınmayıb. Lakin bizdə bu haqda informasiya var”, - deyə o bildirib.

Məlumatlara görə, Rusiyanın “Debaltsevo” dəmir yolunu və “İlovays” stansiyasını təmir etməkdə məqsədi yeni silah etapını rahatlıqla Donetskə çatdırmaqdır. Rusiyadan 90-na yaxın yaxşı silahlanmış hərbi qulluqçunun 3 zirehli maşında bölgəyə gəldiyi də deyilir.

Ukrayna KİV-ində yayılan iddialara görə, Moskva payızda döyüşlərə yenidən start verəcək. İndiki hazırlıq da qarşıdakı döyüşlərlə bağlıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm