• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qəddafinin səhvini etdi: ABŞ onu devirəcək – ŞOK BƏNZƏRLİK

  • Dünya
  • 30 İyul 2015 21:12
  • 3 719 Baxış
Qəddafinin səhvini etdi: ABŞ onu devirəcək – ŞOK BƏNZƏRLİK

Zimbabve prezidenti Robert Mugabe vaxtilə Liviya lideri Muammer Qəddafinin etdiyi “səhvi” təkrarladı.

Publika.az xəbər verir ki, Zimbabve prezidenti Afrika Birliyi zirvəsindəki çıxışında ABŞ-ı, ümumilikdə Qərbi sərt tənqid edib.

“Afrikaya ABŞ, Böyük Britaniya və Fransadan başqa digər oyunçuların da girməsi “qara qitədə” tarazlığı dəyişdirir. Lakin klassik arqumentlərlə hərəkət edən qərblilər təbii sərvətlərlə zəngin olan Afrika ölkələrini terror və yoluxucu xəstəliklər bəhanəsi ilə dünyadan təcrid edərək öz əlində saxlamağa çalışır. Ağ adamın nə edəcəyindən əmin olmayan varlı adamlar öz pullarını su quyularında belə saxlayırlar”, - deyə o bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Yaxın Şərq və Afrikada müharibə başlatmaqda bu bölgələrin yeraltı sərvətlərini mənimsəmək məqsədi daşıyır.

“Bizə Allahın verdiklərini çox gördülər. Təbii sərvətlərimizi əlimizdən aldılar. Harada sülh varsa, orada müharibə başlayırlar. İndi İraq və Liviyadakı xaosa baxın. Bəhanələr irəli sürərək bu ölkələrə girir və onların sərvətlərini mənimsəyirlər”, - deyə o bildirib.

Qeyd edək ki, Zimbabve prezidentinin bu sözləri devrilməmişdən öncə Afrika zirvəsində çıxış edən Liviya prezidenti Muammer Qəddafini xatırladır. Belə ki, ABŞ-ın başlatdığı “ərəb baharı” 2011-ci ildə Liviyaya çatdı. Xalq kütlələrinin istefasını tələb etdiyi Qəddafi sona qədər dirəniş göstərdi və həmin ilin 20 sentyabrında etirazçılar tərəfindən öldürüldü.

Devrilməsindən cəmi bir il öncə - 2010-cu ilin oktyabrında keçirilən Afrika zirvəsində Qəddafinin məşhur çıxışı hələ unudulmayıb. Həmin çıxışda Liviya lideri Amerikanı ciddi şəkildə tənqid etdi və nümunə kimi Səddam Hüseynin və İraqın taleyini göstərdi. Qəddafi Afrika ölkələrinə birləşməyi təklif edirdi. Lakin onun Qərbi açıq şəkildə tənqid etməsi devrilməsi və ölümü ilə nəticələndi.

Zimbabve prezidentinin vaxtilə Qəddafinin çıxış etdiyi tribunadan Amerikanı, ümumilikdə Qərbi tənqid etməsi və İraqla yanaşı, Liviyanı da nümunə göstərməsi ortadakı bənzərliyi açıq şəkildə göstərir. Hesab etmək olar ki, onu da məhz Qəddafinin taleyi gözləyir. Lakin hər şeyi zaman göstərəcək.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR