Molla Öməri o əvəz edəcək: Talibanın yeni lideri məlum oldu
Bizi izləyin

Dünya

Molla Öməri o əvəz edəcək: Talibanın yeni lideri məlum oldu

Taliban Molla Ömərin ölümündən sonra yeni lider seçib.

Publika.az xəbər verir ki, BBC-nin təşkilatdakı mənbələrdən əldə etdiyi məlumata görə, Talibanın yeni lideri Molla Ömərin müavini olmuş Məhəmməd Mənsur seçilib.

Qeyd edək ki, iki həftə öncə Molla Ömərin adından Ramazan mesajı yayılıb. Bu mesaj onun iki il öncə öldürüldüyü xəbəri haqda suallar yaradıb. Əfqanıstan rəsmiləri isə Molla Ömərin 2013-cü ildə xəstəlikdən öldüyünü bildirirlər.

Molla Məhəmməd Ömər, yaxud Molla Ömər adı ilə tanınan bu şəxs Talibanın əsas liderlərindəndir. 1996-cı ildə Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanın böyük bir qismi tərəfindən dövlət başçısı olaraq qəbul olunur. Lakin beynəlxalq ictimaiyyət onu prezidenti kimi tanımayıb. O, ABŞ-ın 2001-ci ildə hücumlarına qədər de-fakto olaraq dövlət başçısı olaraq fəaliyyət göstərib.

Molla Ömər 1960-cı ildə Əfqanıstanın Kandahar vilayətinin Şah-ı Himmat kəndində doğulub. 1980-ci illərdə SSRİ-yə qarşı müharibədə iştirak edib. Həmin vaxt mərmi partlayışı nəticəsində sağ gözünü itirib.
“Əl-Qaidə” lideri Usama Bin Ladenin yaxın münasibət qurduğu çox az adamlardan biri olub. ABŞ 11 sentyabr hadisələrində günahlandırılan Molla Ömərin başına 10 milyon dollar pul qoymuşdu.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm