Türkiyədə daha bir ŞOK: Partiya qərargahında qumarxana – FOTO
Bizi izləyin

Dünya

Türkiyədə daha bir ŞOK: Partiya qərargahında qumarxana – FOTO

Türkiyənin Adana şəhərində hər kəsi təəccübləndirən hadisə baş verib.

Publika.az xəbər verir ki, qumarbazlar polisi aldatmaq üçün açdıqları qumarxananı “Gələcəyin Türkiyə Partiyası”nın qərargahı kimi təqdim ediblər. Binanın girişinə də bu adda plakat asıblar.

Məsələdən duyuq düşən polis binaya hücum edib. Qapını nə qədər döysələr də açan olmayıb. Sonda qapını sındıran polis içəridəki mənzərədən çaşbaş qalıb. Qumar üstündə tutulan şəxslər polisə növbədənkənar seçkilərə hazırlaşdıqlarını bildiriblər.

Adıçəkilən qumarbazlar indiyə qədərə də müxtəlif partiya və QHT adı altında qumarxanalar işlədiblər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm