Yeni Süveyş kanalı istifadəyə verildi
Bizi izləyin

Dünya

Yeni Süveyş kanalı istifadəyə verildi

Misirdə yeni Süveyş kanalında üç yük gəmisi, döyüş gəmiləri və vertolyotların hərəkəti sınaqdan keçirilib.

Gələn həftə rəsmi açılışı nəzərdə tutulan yeni kanaldan ilk yük gəmiləri sınaq olaraq hərəkət edib. 8 milyard dollara başa gələn və 145 yaşındakı köhnə kanalın yanında inşa edilən yeni kanalın tikintisi 11 ay müddətində başa çatıb.

Yeni kanaldan keçən üç yük gəmisindən biri Səudiyyə Ərəbistanından Misirin “Port Səid Limanı”na gedən Amerika gəmisi, ikincisi Sinqapurdan ABŞ-a gedən Danimarka gəmisi, digəri isə Səudiyyə Ərəbistanından İtaliyaya gedən Bəhreyn gəmisi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm