• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Cəhənnəm topları” yenə işə düşdü: PKK-nın 5 gizli silah anbarı darmadağın edildi

  • Dünya
  • 31 İyul 2015 11:00
  • 1 738 Baxış
“Cəhənnəm topları” yenə işə düşdü: PKK-nın 5 gizli silah anbarı darmadağın edildi

Türkiyə PKK-ya qarşı keçirdiyi hava hücumları nəticəsində terror təşkilatının 5 gizli silah anbarını məhv edib.

Publika.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, PKK rəhbərliyi Türkiyənin bu anbarlardan xəbərsiz olduğunu düşünürdülər. Gizli mənbə deyib ki, “əməliyyat olacağını düşünmürdülər, PKK-nın beli qırıldı”.

Təşkilatın darmadağın edilən beş gizli silah anbarında ABŞ-ın PYD-yə verdiyi silahlar saxlanılırmış. ABŞ İŞİD-lə müharibə aparan PYD-yə havadan 24 ton silah-sursat yardımı etmişdi. Bura avtomat, mina, snayper silahları, raketlər və digər sursatlar daxil idi. PKK bu silahların bir qismini PYD-dən alaraq Şimali İraqa keçirib, həmin gizli anbarlarda saxlayırdı. Hava hücumu nəticəsində bütün silahlar məhv edilib.

Türkiyə Hava Qüvvələri PKK-ya qarşı 7-ci hava hücumunu dünən terror təşkilatı tərəfindən Şırnakda bir zabit, üç əsgərin şəhid edilməsindən sonra başlayıb. Diyarbəkir hərbi bazasından havaya qalxan F-16 və F-4/2020 tipli 30-a qədər döyüş təyyarəsi Kandil, Hınari, Gare, Zap və Metina bölgələrində PKK-nı darmadağın edib.

Bununla yanaşı, İraq sərhədində yerləşdirilmiş artilleriya batareyaları “cəhənnəm topu” deyilən “Fırtına” topları ilə PKK-nın əvvəlcədən müəyyənləşdirilmiş hədəflərini atəşə tutublar.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR