Partiya sədri terrorçu qardaşından danışdı – Türkiyədə
Bizi izləyin

Dünya

Partiya sədri terrorçu qardaşından danışdı – Türkiyədə

HDP lideri Səlahəttin Dəmirtaş PKK liderlərindən olan böyük qardaşı Nurettin Dəmirtaşla bağlı danışıb.

Publika.az xəbər verir ki, Prezident Rəcəb Tayyip Ərdoğanın “qardaşı dağda, özü də fürsət tapan kimi ora qaçacaq” sözlərinə münasibət bildirərkən qardaşı ilə əlaqəsinin olmadığını açıqlayıb.

“Mən qardaşımdan xəbər ala bilmirəm. Yaşadığını, yoxsa öldüyünü də dəqiq bilmirəm. Hörmətli Prezident məsələni şəxsiləşdirir. Mənim onunla şəxsi qərəzim yoxdur”, - deyə bildirib.

Suruç terrorundan sonra təhdid dolu açıqlamaları ilə yadda qalan HDP lideri 17 şəhid və onlarla avtomobilin terrorçular tərəfindən yandırılmasından sonra PKK-ya üstüörtülü çağırış edib.

“Avtomobillərin yandırılmasını qəbul etmirik. Bu, dərhal dayandırılmalıdır. Bunların hamısı bizim malımızdır. Bu vəziyyətdən çıxmağın yeganə yolu danışıqdır. Son üç ildə ağır-ağır olsa da irəliləyən “həll müddəti” prosesinin davam etməsi lazımdır. Qarşılıqlı şəkildə silahların buraxılması vacibdir. Biz dərhal əllərin tətiklərdən çəkilməsini və min bir zəhmətlə qurulan masada yenidən oturmağı istəyirik”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm